Nağd araq satışına görə 2 il həbs gözlənilir


Baxıldı : 389

Tarix : 2015-12-12 06:31:00


Gələn ildən siqaret və spirtli içkilərin nağd satışı qadağan olunacaq. İnzibati xətalar və cinayət məcəllələrinə dəyişikliklərə əsasən, siqaret və alkoqollu içkilərin nağd yolla satışında cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə əsasən, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Siqaretlərin isə pərakəndə qaydada yalnız şəxsi istifadə üçün nağd satışına icazə veriləcək. Əgər siqaret ticarət məqsədilə satılırsa, onun pulu yalnız kartla və ya bank köçürməsi ilə ödənilməlidir. Əks halda 100 manat cərimə nəzərdə tutulur. Bu qaydalardan başqa daha ağır cəzalar da tətbiq ediləcək ki, cinayət məsuliyyəti yaradan hal kimi nəzərə alınacaq. Belə ki, Cinayət Məcəlləsinə edilən dəyişikliyə görə, xeyli miqdar təşkil edən aksiz markalı malların nağd satışına rast gəlindikdə 1000 manatdan 2000 manatadək cərimə və yaxud 1ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Daha böyük məbləğdə baş verərsə, yəni 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılsa, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.ELBRUS