Nabat\ bədii filmi ən yaxşılar\ arasında


Baxıldı : 297

Tarix : 2015-10-02 06:22:00


Elçin Musaoğlunun \ Nabat\ bədii filmi XI Avrasiya Beynəlxalq Film Festivalında \ Ən yaxşı rejissor\ və \ Ən yaxşı aktrisa\ (Fatemeh Motamed Arya) mükafatlarına layiq görülüb.C. Cabbarlı adına \ Azərbaycanfilm\ kinostudiyasından verilən məlumata görə, Almatıda keçirilən festivala qatılan rejissor Elçin Musaoğlu təltifetmə mərasimində iştirak edib.Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə \ Azərbaycanfilm\ kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüsseri Arif Səfərov, prodüsseri Müşfiq Hətəmovdur.Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırırlar.CAVİD