Namizədlər müəyyənləşdi


Baxıldı : 41

Tarix : 2017-12-01 22:19:59


Noyabrın 24-də "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin akt zalında Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin I plenumu keçirildi.

Respublika Komitəsinin sədri Bəkir Yusifov plenum üzvlərini gündəlikdə duran məsələlərlə tanış etdi. Bildirdi ki, Respublika Komitəsinin VI konfransında sahə işçilərinin əmək və sosial qayğılarına dair müəyyənləşdirilmiş vəzifələrin reallaşdırılması istiqamətində işlər görülməkdədir. Konfransın qərarlarının yerinə yetirilməsi işinə öz töhfəsini verməyə çalışan həmkarlar ittifaqı üzvlərimizin sırasından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayına nümayəndə, AHİK-in Məclisinə və İcraiyyə Komitəsi üzvlüyünə namizədlər müəyyənləşdirilməlidir.

Tədbir iştirakçılarının yekdil qərarı ilə Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov AHİK-in İcraiyyə Komitəsinin, daha 5 nəfər Məclisinin üzvü, 50 nəfər isə qurultaya nümayəndə seçildi.

Plenum Respublika Komitəsinin 2018-ci il büdcəsi və ştat cədvəli barədə qərar qəbul etdi.

Uçuşların İstehsalı İdarəsinin "Boeing-757-767" hava gəmisinin kapitanı Otello Cəfərova Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin yubiley döş nişanı təqdim olundu.