Napoli XXX Yay Universiadası başlayıb


Baxıldı : 168

Tarix : 2019-07-08 07:08:14


İyulun 3-də İtaliyanın Napoli XXX Yay Universiadası start götürüb. “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının  sədri Tofiq Xanəliyevin verdiyi məlumata görə, yarışda ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma üzrə 22 idmançı təmsil edir. İyulun 14-dək davam edəcək yarışlarda 18 idman növü üzrə 112 ölkədən 6 minə yaxın idmançı mübarizə aparacaq. Turnirdə atletlər, həmçinin basketbol, voleybol, cüdo, atletika, stolüstü tennis, üzgüçülük, idman gimnastikası, kamandan oxatma, tennis, taekvondo, qılıncoynatma, bədii gimnastika, atıcılıq, reqbi-7 idman növləri üzrə də güclərini sınayacaqlar.