Nar festivalında iştirak etdilər


Baxıldı : 27

Tarix : 2018-11-08 07:07:19


Noyabrın 4-də “Xidmət-İş” Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin üzvlərinin Göyçay şəhərində keçirilən növbəti nar festivalına ekskursiyası təşkil olunub. Ekskursiyada rayon komitəsinin tərkibinə daxil olan  5  həmkarlar ittifaqı təşkilatının işçiləri iştirak edib. Gəzinti zamanı onlar festivalda iştirak edən sahibkarların təqdim etdiyi nar məhsulları ilə tanış olub, sonra müxtəlif  tədbirlərdə iştirak ediblər. Ekskursiya iştirakçılarda xoş əhvali-ruhiyyə oyadıb.