Narazılığa səbəb olan amillər


Baxıldı : 171

Tarix : 2015-11-20 04:46:00


İngiltərədə gənc tibb mütəxəssislərinin maraqlarını qoruyan həmkarlar ittifaqı təşkilatları dekabrın 1, 8 və 16-da tətil keçirəcəyi barədə məlumat yayıb. Etirazın təcili yardım xidmətlərinin fəaliyyətinə təsir göstərməyəcəyi gözlənilir.Gənc mütəxəssislərin əməkhaqlarının 11 faiz qaldırılması haqqında səhiyyə naziri Ceremi Hantın bəyanatına baxmayaraq, onların real gəlirlərinin azalacağı narazılığa səbəb olub. Həmkarlar ittifaqının fikrincə, nazirin sözləri rəgəmlərlə manipulyasiya etməkdən başqa bir şey deyil. Çünki maaşların artırılması ilə yanaşı, əlavə iş saatlarına, gecə növbələrinə və istirahət günlərində işə çıxmalarına görə verilən kompensasiyaların məbləği azalacaq. Elçin ZAKİRİ