“Narkomaniya ümumbəşəri bəladır”


Baxıldı : 102

Tarix : 2019-02-11 04:41:08


Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Bakı Şəhəri Baş Polis İdarəsi (BŞBPİ) və Nərimanov Rayon Polis İdarəsi birgə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirdi.

Tədbiri Təhsil Mərkəzinin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov giriş sözü ilə açdı. Tədbirin əvvəlində narkomaniyanın dəhşətlərini əks etdirən videoçarx nümayiş olundu. BŞBPİ-nin və Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Fikrət Nəsibov və yetkinlik yaşına çatmayanların işi üzrə bölmə rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova narkomaniyanın törətdiyi fəsadlar barədə məruzələr etdilər.

Tədbir diskussiya ilə başa çatdı.

Aybəniz MƏMMƏDOVA,

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini