NASA-dan satış üçün kolleksiya


Baxıldı : 314

Tarix : 2015-02-14 04:45:00


NASA-nın nadir şəkillərdən ibarət kolleksiyası satışa çıxarılacaq. Satış fevralın 26-da Londonun Dreweatts & Bloomsbury hərrac evində baş tutacaq. 800 ədəd şəkilin əksəriyyəti hələ bu vaxta kimi heç yerdə nümayiş olunmayıb və Amerikanın \ qızıl kosmos dövrü\ nü əhatə edir. Şəkillərin bir çoxu keyfiyyətsiz olduğundan kağız üzərində çap olunub və başlanğıc qiymətləri 200-5000 funt-sterlinq arasında dəyişir.Satışa çıxarılan şəkillər arasında ən çox diqqət çəkənləri isə kosmosdan edilmiş ilk selfidir. CAVİD