Naxçıvanda tarixi abidələri ziyarət etdilər


Baxıldı : 29

Tarix : 2018-07-28 04:53:30


Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının bir qrup məsul işçisi Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Ölkəmizin bu qədim diyarının 2018-ci ildə İslam Mədəniyyət Paytaxtı seçilməsi münasibətilə təşkil olunmuş səfərdə ittifaqın sədri Mehman İsmayılov, nazirliyin aparatının, regional mərkəzlərinin və digər qurumlarının həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak etmişlər. Qonaqlar muxtar respublikanın tarixi, dini-mədəni abidələrinə və görməli yerlərinə baş çəkmişlər. Onlar əvvəlcə “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə getmişlər. Bu abidənin əzəməti, onun haqqında eşitdikləri rəvayətlər, həqiqətlər ziyarətçilərdə heyrət doğurmuşdur. Nuh peyğəmbərin məzarüstü türbəsi də böyük maraqla seyr edilmişdir.

Qonaqlara məlumat verilmişdir ki, muxtar respublikanın rəhbərliyi, digər mədəni abidələrə olduğu kimi, Nuh peyğəmbərin məzarına da qayğı ilə yanaşır. Muxtar Respublikanın Ali Məclisinin sədrinin 2006-cı il 28 iyun tarixli sərəncamı ilə bu qədim abidə bərpa olunub, ətrafında abadlıq və yenidənqurma işləri aparılıb.

Həmkarlar ittifaqı işçiləri səfər çərçivəsində Mömünə Xatun türbəsini də ziyarət etdilər, Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Nəbatət bağında, Duzdağ Fizioterapiya Mərkəzində oldular.