Nazirlikdə peşə bayramı münasibətilə tədbir keçirilib


Baxıldı : 60

Tarix : 2018-12-22 06:34:08


 

Dekabrın 13-də Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqı nazirliyin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirib.

Tədbirdə FHN İşçiləri Həmkarlar İttifaqında təmsil olunan təşkilatların nümayəndələri və İttifaq üzvləri iştirak ediblər.

FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov  çıxış edərək nazirliyin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verib. Ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunan Fövqəladə Hallar Nazirliyinin hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyinin təmin olunması üçün lazımi təcrübəyə və maddi-texniki bazaya sahib olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, nazirliyin əməkdaşları bundan sonra da baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində öz peşəkar fəaliyyətlərini uğurla davam etdirəcəklər.

Tədbirin sonunda FHN İşçiləri Həmkarlar İttifaqı tərəfindən xidməti fəaliyyətdə fərqlənmiş nazirliyin bir qrup əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələr verilib.