Nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat təşkil olunub


Baxıldı : 50

Tarix : 2019-11-25 05:02:45


Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının və İdman-Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 13-15-də nazirliyin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib.

Çempionatın qarşılaşmaları FHN-in İdman-Sağlamlıq Mərkəzinin arenasında baş tutub. Yarışda nazirliyin 12 qurumundan 110-dan çox idmançı qüvvəsini sınayıb. Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları beynəlxalq dərəcəli hakim Abdul Nuriyev və digər hakimlər idarə ediblər.

Çempionatda 57 kiloqram çəki dərəcəsində birinci yerə Murad Babayev (FHN Akademiyası), ikinci yerə Kənan İbrahimov (DYMX), üçüncü yerə Elşən Mustafayev (MMQ) layiq görülüblər.

61 kiloqram çəki dərəcəsində isə Rəşid Seyidov (XRXX) birinci, Tural Nəbiyev (DYMX) ikinci, Aqşin Məmmədov (CRM) və Vüsal Ağayev (TTNDA) isə üçüncü yerləri tutublar.

65 kiloqram çəki dərəcəsində Azər Şiriyev (CRM) qalib olub. Səxavət Rzayev (MMQ) ikinci, Həsən Seyidov (DYMX) və Toğrul Hacıyev (QRM) üçüncü yerdə qərarlaşıblar.

70 kiloqram çəki dərəcəsində Cəlal Süleymanov birinci (XRXX), Elxan Nəbiyev ikinci (DYMX), Rüfət Ələsgərov (MMQ) və Vüsal Yəhyayev (XRXX) üçüncü olublar.

74 kiloqram çəki dərəcəsində birinci yerə Tural Əkbərov (DYMX), ikinci yerə Rəvan Babayev (XRXX), üçüncü yerə Seymur Məmmədov (XRXX) və Elman Qasımov (DYMX) layiq görülüblər.

Həmçinin 86 kiloqram çəki dərəcəsində birinci yeri Heydər Həsənli (XRXX), ikinci yeri Şahin Cahangirov (MMQ), üçüncü yeri Toğrul Sabirzadə (XRXX) və Ramil Əsədov (FHN Akademiyası), 97 kiloqram çəki dərəcəsində isə birinci yeri Camal Abdulov (FHN Akademiyası), ikinci yeri Seyran Yəhyayev (XRXX), üçüncü yeri Səbuhi Hüseynov (XRXX) və Rəşad Səfərov (XRXX) tutublar.

Nəhayət, 125 kiloqram çəki dərəcəsində Yaşar Zamanov (DYMX) birinci, Yaşar Şükürov (MMQ) ikinci, Samir Hüseynov (DYNX) və Nərman Nağıyev (DSXX) üçüncü olublar.

Komanda hesabında isə Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının təmsilçiləri fəxri kürsüdə yer alıblar.

Yarışın yekununda FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, İdman-Sağlamlıq Mərkəzinin rəisi, polkovnik Füzuli Musayev və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev çıxış edərək qalib idmançıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.