Nə?, Harada?, Nə zaman?


Baxıldı : 24

Tarix : 2018-12-01 05:53:24


BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetdə “Nə?, Harda?, Nə zaman?” intellektual yarışması keçirilib.

Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Daşqın Qənbərov yarışın tələbələrin intellektual səviyyəsinin yüksəldilməsində, asudə vaxtlarının səmərəliliyinin artırılmasında əhəmiyyətindən danışıblar. Yarış iştirakçılarına uğurlar arzulayıblar. Sonra yarışmalara start verilib. Maraqlı, gərgin, həyəcanlı anlarla yadda qalan ağıl “mübarizəsində” qələbə 4 finalçıdan birinin “Serendipy” komandasının üzünə gülüb. 2-ci yerə “Mes-hare” komandası layiq görülüb. Qalib komandalar diplom və hədiyələrlə mükafatlandırılıb.