Neft Fondu nə zərər, nə də mənfəətlə işləyir


Baxıldı : 181

Tarix : 2016-07-08 03:06:00


Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmaması ilə bağlı keçirilən referendumun nəticələri qeyri-müəyyənlik yaradaraq dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. Artıq avro və ingilis pulu olan funt-sterlinq öz dəyərini itirməkdədir. Bu, kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə də mənfi təsir göstərib Öz valyuta ehtiyatlarının bir hissəsini avro və funt-sterlinqdə yerləşdirən Dövlət Neft Fondu (DNF) da yaxın perspektivdə valyuta portfelinin idarə olunması siyasətinə yenidən baxa bilər. Fonddan bildirildiyinə görə, DNF-nin investisiya siyasətinə əsasən, investisiya portfelinin vəsaitinin 50 faizi ABŞ dolları, 35 faizi avro və 5 faizi ingilis funt-sterlinqi ilə ifadə olunan aktivlərə, digər 10 faizi isə \ Böyük Yeddilik\ ölkələrinin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə \ A\ , \ A2\ kredit reytinqindən aşağı olmayan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilib. Hazırda aktivlər sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilib ki, bu aktivlərin dəyəri sabit qalıb və hətta qızılın dəyərində kəskin artım müşahidə olunub. Valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, DNF valyuta portfelinin müxtəlif valyutalar üzrə diversifikasiya olunması səbəbindən bu dəyişkənliyin zərərə səbəb olmayacağını düşünür. Bu, fonda mənfəət də vermir. Belə ki, DNF-nin valyuta və investisiya portfeli sabit qalacaq.ELBRUS