Neftin ucuzlaşması ixtisarlara səbəb oldu


Baxıldı : 225

Tarix : 2015-01-24 05:40:00


Neftin qiymətinin aşağı düşməsi nəticəsində Kanadanın \ Suncor Energy\ neft şirkəti cari ildə xərcləri azaltmaq və təxminən minə yaxın işçini ixtisar etmək niyyətindədir. Bu barədə şirkətin yaydığı press-relizdə məlumat verilib.Əsaslı (kapital) xərclərin 1 milyard dollar, əməliyyat xərclərinin isə 600-800 milyon dollar azaldılması planlaşdırılır. Bundan başqa, bir neçə investisiya layihələri təxirə salınacaq.Hazırda \ Suncor Energy\ də 14000 insan çalışır və gözlənilən ixtisarlar həmkarlar ittifaqlarının ciddi nəzarəti altında aparılacaq.Elçin ZAKİRİ