Nərd və dama yarışları keçirilib


Baxıldı : 102

Tarix : 2019-11-15 18:31:41


“Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin xidmət sahəsinə aid olan müəssisə və təşkilatların Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XXI Respublika Spartakiadası davam edir.

Artıq Spartakiada çərçivəsində keçirilən nərd və dama üzrə yarışlara yekun vurulub.

Maraqlı mübarizə şəraitində keçən nərd yarışlarında birinci yerə Aviasiya İşçiləri layiq görülüb. Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri ikinci yeri tutub. Müdafiə Sənayesi İşçiləri həmkarlar ittifaqının komandası isə üçüncü olub.

Dama yarışının qalibi adını Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri qazanıblar. Metropoliten İşçiləri ikinci, Aviasiya İşçiləri üçüncü, Müdafiə Sənayesi İşçiləri dördüncü, “Baku Stil” beşinci, Elektriklər isə altıncı pillədə qərarlaşıblar.

Məlumat üçün bildirək ki, Spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçularının asudə vaxtını səmərəli keçirməkdən ibarətdir.

XXI Respublika Spartakiadasına noyabrın 22-də yekun vurulacaq.