Nərimanov rayon idmançıları daha fəal olublar


Baxıldı : 26

Tarix : 2019-06-07 12:53:43


Təhsil  İşçiləri  Azad  Həmkarlar  İttifaqı  (TİAHİ) Respublika  Komitəsinin və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə qərarı ilə paytaxtın ümumtəhsil məktəblərinin müəllimləri arasında  voleybol, şahmat, dama, minifutbol və stolüstü tennis üzrə yarışlar keçirilib.

Təhsil işçilərinin asudə  vaxtlarının  səmərəli  təşkili  və  sağlam həyat tərzinə yiyələnmələri  məqsədilə təşkil olunan ayrı-ayrı idman növü üzrə yarışlarda Nərimanov rayon  idmançıları da xüsusi fəallıq göstəriblər. Belə ki, onlar minifutbol və dama üzrə yarışlarda 1-ci yerə, stolüstü tennis üzrə yarışda 2-ci yerə, şahmat üzrə yarışda isə 3-cü yerə layiq görülüblər.

TİAHİ Nərimanov Rayon Komitəsi tərəfindən həyata keçirilmiş hazırlıq tədbirləri idmançıların uğur qazanmasına səbəb olub.

Sonda qaliblər pul mükafatı  və  Fəxri Fərmanla təltif  ediliblər.