Nəzərdə tutulan enerji planı dəstəklənib


Baxıldı : 37

Tarix : 2019-10-28 05:08:38


“Unite” Həmkarlar İttifaqı Birləşmiş Krallıqda enerji sistemini  karbonlardan təmizləyən və 850 min iş yerinin yaranmasına imkan verən enerji planını dəstəklədiyini bildirib. İşçi Partiyası tərəfindən bu iş üçün təyinat alan bir qrup enerji mütəxəssisi tərəfindən hazırlanan planda 2030-cu ilə qədər  bütün ölkədə tam tətbiq oluna bilər. “Unite”nin enerji üzrə  nümayəndəsi Peter Makltoş deyib ki, bu plan ətraf mühiti gələcək nəsillər üçün qoruyarkən iqtisadi cəhətdən də xərclərin azalmasına imkan verəcək. Enerji planı təkcə 850 min yeni iş yeri demək deyil, eyni zamanda əhalıinin enerjiyə öz büdcələrindən ayırdıqları pula da təsir edəcək. Ölkə isə enerji yoxsulluğundan qurtulacaq.

Enerji planına əsasən, binalarda və sənayedə enerji israfını azaltmaq üçün aşağı karbonlu elektrik istehsalına keçilməli, enerjiyə tələbat və və istehsal bərabərləşdirilməlidir. Bunun üçün ehtiyac olunan bölgələrdəki evlərə 8 milyon istilik nasosu, 7 min sahil külək turbini, 22 min futbol meydançasını əhatə edəcək qədər günəş panelləri quraşdırılmalıdır.

CAVİD