İnkişafın yeni strategiyası


Baxıldı : 201

Tarix : 2015-01-31 18:17:00


2 Fevral - Gənclər Günü münasibətilə \ Xidmət-İş\ HİF-də görüş keçirilmişdir. Xidməti sahəsində olan təhsil ocaqlarının gənclər təşkilatlarının lider və fəalları ilə Federasiya rəhbərlərinin iştirak etdiyi görüşdə \ Gənclər siyasətində həmkarlar ittifaqının rolu\ müzakirə olunmuşdur. Tədbiri Federasiyanın birinci vitse-prezidenti Sadət Tahirova açaraq qeyd etdi ki, gənclər daim dövlətin diqqət mərkəzindədir. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keşirilmişdir və keçirilir. Bu diqqətin baris nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmişdir. Gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olumuşdur. Gənclərin təhsil səviyyəsi ilbəil artır. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılmışdır. 2013-cü ildə \ Gənclər üçün Prezident Mükafatı\ nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir. Qeyd edək ki, Prezident mükafatına bizim Milli Kulinariya Mərkəzinin aparıcı mütəxəssisi, həmkarlar ittifaqı təşkilatının sədri Gülnar Ələsgərova da layiq görülmüşdür.Bu ilin yanvarında Respublika Prezidentinin sərəncamı ilə \ 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası\ təsdiq olunmuşdur.Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov çıxışında bildirdi ki, biz strategiyanın əsas istiqamətlərini öyrənməliyik. Federasiya gəncləri həmkarlar ittifaqı haqqında bütün məlumatlarla tanış olmalıdırlar. \ StreetNet İnternational\ beynəlxalq alyansın maliyyə dəstəyi ilə keçirilən maarifləndirici seminarlar (\ İşəgötürənlə işçilər arasında münasibətlər və danışıqlar formaları\ ) gənclər tərəfindən böyük maraqla qarşılanır. Federasiya bir ictimai qurum olaraq həmişə gənclərlə bir masa arxasında oturaraq hər hansı bir sualın cavabını tapmağa hazırdır.Bakı Biznes və Kooperasiya Kollecinin tələbəsi Qənirə Salahova gənclər təşkilatının işindən söhbət açaraq kollecdə apardığı təşkilati, kollektivin ictimai-siyasi işlərindən danışdı və təklif verdi ki, təhsil müəssisələrində iş yarmarkalarının aparılması lazımdır. Gənc liderlərin təcrübəsindən, ictimai fəallığından gələcəkdə istifadə olunsun, yəni bu gənclər həmişə nəzərdə tutulsunlar, bəhrələnə bilsinlər.Bakı turizm peşə məktəbinin tələbəsi Fuad Şahverdiyev bildirdi ki, doğrudan da gənclər üçün çox işlər görülür, o cümlədən məktəbdə bəzi müəssisə və təşkilatlarla müqavilələr bağlanılıb və orada tələbələr iş təcrübəsi keçərək, sonralar işə qəbul olunurlar. Ancaq karyera baxımından çətindir, çünki rəhbər işçiləri əsasən xaricilərdir. Bu məsələdə milli kadrların yetişdirilməsi və yüksəlməsi ön plana çəkilməlidir.Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov bildirdi ki, gənclərin inkişafı və asudə vaxtını səmərəli təşkil etmək, məlumatlandırma, yönəltmə və sosial dəstəyi təmin etmək üçün respublikanın şəhər və rayonlarında 30-dək sosial xidmət müəssisəsi - gənclər evləri (mərkəzləri) istifadəyə verilmişdir. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılmışdır. Gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi və təşkilati imkanlar yaradılmışdır. Bu sahədə bizim universitetin işi çoxdur, lakin mən problemin həllindən danışmaq istərdim. Rayonlarda tikilən idman müəssisələrindən demək olar ki, istifadə olunmur. Tələbə və gənclərdə həmin idman komplekslərində məşğul olmaları üçün pul yoxdur. Təklif edərdim ki, bu müəssisələr də gənclərə güzəştli tariflər, ya güzəştli talonlar versinlər. Başqa cür olimpiya mərkəzlərində idmanla məşğul olmaq mümkün deyil.Sonda bir qrup tələbəyə təhsildə göstərdiyi nailiyyətlərə, gənclər təşkilatının işində fəal iştirakını nəzərə alaraq və 2 Fevral - Gənclər Günü münasibətilə Federasiyanın Fəxri Fərmanı təltif olundu. Ə.İBADOV