Növbədənkənar hesabat-seçki konfransı


Baxıldı : 51

Tarix : 2019-08-02 15:29:19


Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar XIII hesabat-seçki konfransı keçirilib. Konfransda təşkilatın son iki illik (2017-2019) fəaliyyəti barədə sədr Daşqın Qənbərov hesabat verib.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək hesabat məruzəsində səslənən məsələlərə münasibət bildirib. Yeni seçiləcək heyətə tövsiyələrini verib.

Sonda təşkilati məsələyə baxıldı. Nihad Allahyarlı təşkilata sədr seçildi. O, sədri seçildiyi komitənin qarşısında duran hədəflərdən söz açdı. Bu hədəflərə çatmaq üçün yeni yanaşmaların vacibliyini qeyd etdi.

Məlumat üçün deyək ki, N.Allahyarlını universitetdə fəal ictimaiyyətçi kimi tanıyırlar. O, 57 lokal, 11 beynəlxalq layihənin rəhbəri və icraçısı olub.