Normal temperatur təmin edilirmi?


Baxıldı : 74

Tarix : 2017-08-25 23:14:20


Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq komissiyası tərəfindən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnfrastruktur Departamentinin aparatında və onun tabeçiliyində olan yol sahələrində yoxlamalar aparılıb.

Yoxlamalar zamanı Əmək Məcəlləsinin tələblərinə, o cümlədən əməkhaqqı və müavinətlərin ödənilməsi qaydalarına riayət edilməsi, əməyin mühafizəsinin ümumi vəziyyəti araşdırılıb. Həmçinin bu məsələlər sahəsində həmkarlar ittifaqı ilə rəhbərliyin birgə əməkdaşlığı nəzərdən keçirilib. Bütövlükdə yoxlamanın nəticəsi müsbət hesab olunub. Aşkara çıxarılan nöqsanların aradan qaldırılması barədə rəhbərliyə lazımi tapşırıq və tövsiyələr verilib.

Respublika Komitəsinin əmək müfəttişi isə QSC-nin Hacıqabul, Salyan və İmişli rayon qovşaqlarının müəssisələrində olub. O, müəssisələrdə iş yerlərində normal temperatur şəraitinin necə təmin edildiyini yoxlayıb. Bununla bağlı müəssisə rəhbərlərinə məsləhətlər də verib.