Növbəti yarmarka təşkil olunub


Baxıldı : 207

Tarix : 2018-10-06 04:56:44


Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı və Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Akademiyanın əməkdaşları üçün növbəti yarmarka təşkil olunub.

Akademiya şəhərciyində təşkil olunan yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 20 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib.

Məhsulların bazar qiymətindən 30 faiz ucuz satıldığı yarmarkanın il ərzində mütəmadi keçirilməsi planlaşdırılır.