Noyabrı...


Baxıldı : 266

Tarix : 2015-11-13 04:47:00


Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş yığıncaqda iştirak edib. Dövlət başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib. İlham Əliyev bildirib ki, bu 70 ildə Akademiya böyük və uğurlu yol keçib. Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizin intellektual potensialının möhkəmlənməsinə və kadr hazırlığı işinə çox dəyərli töhfələr verib. Bildiyiniz kimi, müstəqilliyimizin ilk illərində Akademiyanın işinə münasibət o qədər də müsbət deyildi. Alimlər yaxşı xatırlayırlar ki, 1992-ci ildə ovaxtkı hakimiyyət hətta Akademiyanın bağlanması ilə bağlı təklif irəli sürmüşdü. Bu, çox səhv bir yanaşma idi. Xoşbəxtlikdən 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, əlbəttə, bütün bu söhbətlərə son qoyuldu. Ulu Öndərin ictimaiyyətlə ilk görüşü məhz alimlərlə, Milli Elmlər Akademiyasının binasında olmuşdu. O vaxtdan bu günə qədər Azərbaycan elminin inkişafına çox böyük diqqət göstərilir. Müstəqilliyimizin ilk illərində bizim maliyyə vəziyyətimiz indiki kimi deyildi. Azərbaycan çox ağır dövr yaşayırdı. Həm siyasi böhran, hərbi böhran, vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi və iqtisadi tənəzzül, əlbəttə, imkan vermirdi ki, Akademiyanın inkişafına lazımi səviyyədə maliyyə vəsaiti ayrılsın. İndiki dövrdə Azərbaycan artıq dünya miqyasında öz iqtisadi inkişaf modelini ortaya qoyub və iqtisadi inkişaf templərinə görə çox böyük rəğbətlə qarşılanır. Ona görə də bu gün biz Akademiyanın işinə daha da böyük həcmdə vəsait ayıra bilirik, bunu edirik. Onu da qeyd etməliyəm ki, bu sahədə alimlərin, elmi ictimaiyyətin təklifləri də nəzərə alınır.Son illər ərzində Akademiyanın maddi-texniki bazası möhkəmlənib, gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli Ensiklopediya üçün gözəl bina tikilibdir. Yəni bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir. Biz çox istəyirik ki, elmi inkişaf üçün daha da gözəl şərait yaradılsın. Hesab edirəm ki, Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu Fond imkan yaradır ki, həm gənc alimlərə qrantlar verilsin, həm də elmi araşdırmalar aparılsın.Prezident qeyd edib ki, bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq. Hökumətə, dövlət qurumlarına müvafiq göstərişlər verilmişdir və çox istərdim ki, bizim alimlərimiz də bu işlərdə fəal iştirak etsinlər.Hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Burada sosial yük artacaq, yəni yeni uşaq bağçaları, yeni məktəblər tikilməlidir, yeni sənaye müəssisələri yaradılmalıdır, binalar, evlər, o cümlədən fərdi evlər inşa edilməlidir. Bunun üçün torpaq sahələri lazımdır. Biz o torpaq sahələrini haradan əldə edək? Şəhərsalma ilə bağlı yeni çağırışlar üzə çıxır. Nəqliyyatın yükü böyük olacaqdır. Yəni bütün bunlar reallıqdır. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik.Hazırda Azərbaycanda reallaşan və planlaşdırılan böyük sənaye layihələri gələcəkdə qeyri-neft potensialımızı gücləndirəcək, ixrac potensialımızı böyük dərəcədə artıracaq. Azərbaycan alimləri bütün bu işlərdə fəal iştirak etməlidirlər. Əlbəttə ki, bütün bu istiqamətdə inşaat və mühəndislik işlərini xarici podratçılar icra edirlər. Ancaq müvafiq dövlət qurumlarına göstəriş verilmişdir ki, Azərbaycan alimlərini də bu işə cəlb etsinlər. Xahiş edirəm ki, alimlər özləri də bu işlərdə fəallıq göstərsinlər.Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çox böyük işlər görülübdür. Biz özümüzü bütün əsas ərzaq məhsulları ilə demək olar ki, ya 100 faiz, ya 90 faiz təmin edirik. Bu nəticələrin qazanılmasında alimlərin çox böyük zəhməti var. Əlbəttə ki, iqtisadi inkişafımızın ənənəvi neft-qaz sahəsi haqqında da bir neçə kəlmə demək istəyirəm. Alimlər yaxşı bilir ki, Xəzər dənizinin bütün neft-qaz yataqlarını Azərbaycan alimləri kəşf ediblər. Azərbaycanın elmi məktəbi olmasaydı, bu yataqlar kəşf edilməyəcəkdi, yaxud da ki, nə vaxtsa ondan sonra kəşf ediləcəkdi. Bu gün Azərbaycan alimləri ölkədə aparılan neft-qaz əməliyyatlarının uğurla həyata keçirilməsində mühüm rol oynayırlar. Həm xarici tərəfdaşlarla əməkdaşlıqda, həm də Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrdə iştirak edirlər. Əlbəttə, bizim alimlərimiz də dünyada bu sahədə mövcud olan və yeni yaranan texnologiyalarla tanış olmalıdırlar. Çünki son illər ərzində bu sahədə böyük bir inkişaf müşahidə olunur. Əlbəttə, alimlərin qarşısında duran vəzifələr çoxdur. Çünki mənim əsas istəyim ondan ibarətdir ki, ilk növbədə Azərbaycan elmi inkişaf etsin, digər tərəfdən ölkəmizin ümumi inkişafına öz töhfəsini versin. Yəni elmi araşdırmalar, sadəcə olaraq, araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir.Prezident çıxışının sonunda humanitar elmlər haqqında da danışıb. Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Ona görə bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Sonda tarix elmləri ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Azərbaycanın çox zəngin tarixi vardır. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək bəzi hallarda buna nail olurlar. \ Erməni alimləri\ xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. \ Qarabağ\ , \ Xankəndi\ Azərbaycan sözləridir. Mən dəfələrlə bildirmişəm ki, əgər Xankəndinin hər hansı bir tarixi adı olsaydı, ermənilər o adı bərpa edərdilər. Onun \ Stepanakert\ adı bolşevik erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın şərəfinə qoyulubdur. Ermənilər Dağlıq Qarabağa və bəzi başqa yerlərə XIX əsrdə İrandan, Şərqi Anadoludan köçürülmüşlər. Hansı məqsədlə köçürülmüşlər biz bunu yaxşı bilirik. Bütün bunları biz gərək kitablar formasında daha da geniş şəkildə yayaq və beləliklə, bütün dünyaya sübut edək ki, bu, bizim tarixi, əzəli torpağımızdır.Əziz dostlar, Akademiya üzvləri, alimlər, mən sizi bir daha salamlayıram, Akademiyanın 70 illiyi münasibətilə təbrik edirəm. Sizi əmin edirəm ki, mən gələcəkdə də Akademiyanın inkişafına daim diqqət göstərəcəyəm və Akademiya qarşısında duran bütün vəzifələrə daim dəstək olacağam. Sağ olun.