İnsan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi üçüntədbirlər həyata keçirilmişdir


Baxıldı : 169

Tarix : 2015-01-17 12:58:00


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları, həmişə olduğu kimi, 2014-cü ildə də insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, hüquq pozuntularının qarşısının alınması, habelə pozulmuş hüquqların bərpası, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirmişdir.2014-2015-ci illər üçün Baş Kollektiv Saziş bağlanarkən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən işçilərin sosial, əmək münasibətləri ilə bağlı, o cümlədən əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları, sosial müdafiənin gücləndirilməsi istiqamətləri, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik və sair kimi təkliflər verilmişdir. Həmin təkliflər Sazişdə öz əksini tapmış və sosial tərəfdaşlar tərəfindən öhdəlik kimi qəbul edilmişdir. AHİK və onun üzv təşkilatları bu sənəddə qeyd olunan müddəaların həyata keçirilməsini daim nəzarətdə saxlayır, nəzərdə tutulmuş sosial, iqtisadi məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görür. Belə ki, Baş Kollektiv Sazişdə nəzərdə tutulmuş sosial-iqtisadi problemləri, sosial təminatları müsbət həll etmək üçün müəssisə və təşkilatlarda 2014-cü ildə yeni kollektiv müqavilələr bağlanmışdır. Həmkarlar ittifaqı komitələrinin səyi ilə belə müqavilələrdə işəgötürənin iqtisadi imkanları nəzərə alınaraq işçilər üçün Əmək Məcəlləsində nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər, sosial-məişət məsələləri əks olunur.İşçilərin pozulmuş əmək, sosial və iqtisadi hüquqlarının qorunması, qanuni mənafelərinin müdafiəsi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və onun üzv təşkilatlarına, əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də müxtəlif məzmunlu ərizələr daxil olmuş, çoxsaylı şifahi müraciətlər edilmişdir. Daxil olmuş ərizələr araşdırılmış, şifahi müraciətlər dinlənilmiş, və vətəndaşlara müvafiq cavablar verilmişdir. Bir neçə halda işçilərin pozulmuş hüquqlarını bərpa etmək üçün əməkdaşlar nümayəndə qismində məhkəmədə çıxış etmişlər. Cari ildə əmək qanunvericiliyinin pozulması ilə əlaqədar AHİK-ə 202 ərizə daxil olmuşdur ki, bunların əksəriyyəti yerində yoxlanılmış, qalanları isə araşdırılaraq cavablandırılmışdır. İstehsalat sahələrində sağlam və təhlükəsiz iş şəraitinin təmin olunması, həmçinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş şəxslərə ödənclərin verilməsinə nəzarət etmək Konfederasiyanın apardığı yoxlamaların tərkib hissəsi olmuşdur. Texniki əmək müfəttişlərimiz 650 yoxlama aparmışlar. Əmək qanunvericiliyinin tələblərinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının tələblərinin pozulması barədə müəyyən edilmiş 500 halda pozuntuların aradan qaldırılması üçün işəgötürənlərə təqdimatlar verilmiş və həmkarlar ittifaqlarının iştirakı ilə bu pozuntular aradan qaldırılmışdır.Həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri 2014-cü il ərzində istehsalatda baş vermiş 45 ölümlə nəticələnən bədbəxt hadisənin təhqiqatında dövlət komissiyasının tərkibində iştirak etmiş, zərərçəkənlərin ailələrinin sosial müdafiəsi üçün lazımi tədbirlər görmüş, çatışmazlıqların aradan qaldırılması barədə təkliflər vermiş və məsul vəzifəli şəxslərin cəzalandırılmasını tələb etmişlər. İstehsalat zədələnmələrinin problemləri, əmək şəraitinin yaxşılaşdırılması, ətraf mühitin və ekologiyanın qorunması üçün vacib məsələlər sahə həmkarlar ittifaqlarının rəyasət heyətlərinin iclaslarında mütəmadi müzakirə olunmuşdur. İlk həmkarlar ittifaqı komitələri əməyin mühafizəsi üzrə komissiyaların işinə və əməyin mühafizəsinin ictimai müzakirələrinə diqqəti artırmışlar. Müəssisə və təşkilatların əməyin mühafizəsi üzrə ictimai müvəkkilləri vaxtaşırı yoxlamalar aparmışlar. Yoxlamalar zamanı 3300 halda əməyin mühafizəsi qaydalarının pozulduğu aşkar edilmişdir. Pozuntuların aradan qaldırılması, müəssisə və təşkilatlarda əməyin mühafizəsi gününün təşkili və keçirilməsi ilə əlaqədar AHİK tərəfindən 2014-cü il üçün xüsusi tematik tədbirlər planı hazırlanmışdır. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının \ İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri\ mövzusunda çağırışına qoşularaq 40 zona üzrə 125-ə yaxın seminar və digər tədbir həyata keçirilmişdir. Tədbirlərdə 1600 həmkarlar ittifaqı fəalı iştirak etmişdir.Əmək və sosial-iqtisadi sahələrə aid olan qanunlar Milli Məclis tərəfindən qəbul edilərkən həmkarlar ittifaqlarının rəyi həmişə nəzərə alınır. 2014-cü ildə də normativ-hüquqi aktların layihələri həmkarlar ittifaqları tərəfindən öyrənilmiş, işçilərin maddi rifahının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi şəraitin yaradılması, vətəndaşların əmək, sosial, iqtisadi və hüquqi təminatlarının gücləndirilməsi istiqamətində rəy və təkliflər hazırlanıb müvafiq orqanlara göndərilmişdir. İl ərzində AHİK öz üzvlərinin hüquqi maarifləndirilməsi məsələsini də həmişəki kimi, diqqət mərkəzində saxlamışdır. Belə ki, müasir cəmiyyətdə ictimaiyyət sosial-iqtisadi, əmək münasibətlərinə, vətəndaş hüquq və azadlıqlarının təminatına aid olan məsələləri, yeni qanunları, qanunvericiliyə edilmiş əlavə və dəyişiklikləri, işçilərin sosial hüquqlarının necə müdafiə olunmasını çox vaxt mətbuat vasitəsilə öyrənir. Bütün bunları nəzərə alaraq AHİK-in əməkdaşları Azərbaycan həmkarlar ittifaqlarının \ Ülfət\ qəzeti vasitəsilə də öz üzvlərinə hüquqi yardım göstərmişlər. 2014-cü ildə \ Ülfət\ qəzetində 196 oxucunun sualları cavablandırılmışdır. AHİK-in üzv təşkilatlarında da 2014-cü ildə müxtəlif məzmunlu ərizələrə baxılmış, vətəndaşlar qəbul edilmiş, yoxlamalar aparılmış, seminarlar keçirilmiş, həmkarlar ittifaqı üzvlərinin pozulmuş hüquqları bərpa olunmuşdur.B.RZAYEV