İnternet-mağazaların artımı


Baxıldı : 254

Tarix : 2015-01-17 13:24:00


ABŞ-ın iki nəhəng mağazalar şəbəkəsi \ JC Penney\ və \ Macy\'s\ bir neçə mağazanın bağlanmasını və personalın ixtisarını elan edib. Belə ki, aprelin 4-dək \ JC Penney\ 1060 mağazasından 40-nın bağlanmasını və nəticədə 2250 işçini ixtisar etməsini, \ Macy\'s\ isə 790 mağazadan 14-nü bağlayaraq 1300 işçisini işdən azad etməyi planlaşdırır. Şəbəkələrin ikisində də problemlər internet-mağazaların artımı ilə bağlıdır.Bir il bundan əvvəl adıçəkilən şirkətlər restrukturizasiya edərək 40-a yaxın mağaza bağlayaraq minlərlə işçini ixtisar edib.Elçin ZAKİRİ