İntizam t...


Baxıldı : 233

Tarix : 2016-10-28 02:40:00


İntizam tənbehi hansı hallarda verilə bilməz?Xanlar VƏLİZADƏ,Masallı rayonu.- İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, həmçinin əmək müqaviləsi üzrə müəyyən edilmiş əsas vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona qanunla müəyyən edilmiş intizam tənbehi verə bilər.İntizam tənbehinin verilmə qaydası Əmək Məcəlləsinin 187-ci maddəsinə qeyd edilmişdir. Maddənin 3-cü hissəsinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquq pozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.Qeyd edək ki, intizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.Məhkəməyə iddia ərizəsi vermişəm. Lakin bir müddət sonra məhkəmə ərizəmi ona əlavə edilmiş sənədlərlə birgə geri qaytardı. Bu mənim hüququmun pozulması demək deyilmi?Samir MEHDİYEV,Bakı şəhəri.- Mülki Prosessual Məcəllənin (MPM) 52-ci maddəsinə əsasən, aşağıdakı hallar olduqda məhkəmə iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə geri qaytarır:1) iddia ərizəsi MPM ilə müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildikdə;2) iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda;3) əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;4) iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə;5) müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə;6) müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;7) bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;8) cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ-hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatlarına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;9) iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda.Məhkəmə qərarına əsasən, alimentin tutulması mənim işsizliyə görə aldığım müavinətə yönəldilib. Müavinətin məbləği çox aşağıdır. Bilmək istərdim, bu müavinətdən aliment tutula bilərmi?Rüfət MƏMMƏDOV,Bakı şəhəri.-\ İcra haqqında\ Azərbaycan Respublikası Qanunun 63-cü maddəsində tələbin borclunun əməkhaqqına və digər gəlirlərinə yönəldildiyi hallar göstərilmişdir. Bu hallardan biri vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədlərinin icra edilməsi halıdır ki, aliment də buraya aiddir.İcra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərdən tutulmaların məbləği 50%-dən çox ola bilməz. Lakin alimentin tutulması halında əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərdən tutulmaların məbləği 70%-dən çox ola bilməz.Qeyd edək ki, tələb sosial sığorta üzrə müavinətə, habelə işsizliyə görə müavinətə yalnız məhkəmənin qərarına, alimentlərin tutulmasına dair məhkəmə əmrinə, yaxud alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə və sağlamlığına vurulmuş ziyanın ödənilməsi haqqında və ailəni dolandıranın ölümü nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında məhkəmənin qərarına əsasən yönəldilir.Həyat yoldaşım vəfat edib. Ailə başçısını itirməyə görə pensiya alıram. Əgər yeni nikah bağlasam, həmin pensiyanı yenə də ala bilərəmmi?Səlimə VAHABOVA,Gəncə şəhəri.- Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri \ Əmək pensiyaları haqqında\ qanunun 14-cü maddəsində sadalanır. 14.1.2. maddəyə əsasən, ata, ana, ər, arvad müəyyən edilmiş pensiya yaşına çatdıqda, yaxud I və ya II qrup əlildirsə, eyni zamanda vəfat edənin tam təminatıdırsa (öhdəsindədirsə), onda həmin şəxs ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir.Siz bu hüququ qazanmış və müəyyən vaxt bundan istifadə etmişsiniz. Lakin qanunvericilik bu növ pensiyanın hansı hallarda dayandırılmasını da müəyyən etmişdir.İndi yeni nikah bağlayıb başqa ailə qurmaq niyyətiniz var. Belə olan halda adıçəkilən Qanuna görə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnu itirmiş olursunuz. Belə ki, Qanunun 37.8.2. maddəsinə əsasən, Sizə təyin edilmiş pensiya dayandırılacaqdır. Həmin maddəyə əsasən, əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda \ Əmək pensiyaları haqqında\ qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyalarına əlavələr yeni nikah bağlandığı andan dayandırılır.Öz işimlə bərabər xəstə olan işçinin də işlərini mən yerinə yetirirəm. Başqa işçinin işlərini gördüyümə görə mənə əlavə əməkhaqqı verilməlidirmi?Əzizə HAŞIMOVA,Şirvan şəhəri.- Əmək qanunvericiliyinə görə, müəyyən səbəblərdən, məsələn, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, ezamiyyətdə, məzuniyyətdə olması və sair səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının başqa işçi tərəfindən yerinə yetirilməsinə yol verilir. Lakin bu zaman həmin işçinin yazılı razılığı olmalıdır.Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən, müəyyən səbəbdən on beş gündən çox müddətə yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir.Məktubunuzdan görünür ki, Siz eyni zamanda həm öz işini, həm də boş vəzifə üzrə başqa işçinin əmək funksiyasını yerinə yetirirsiniz. Qeyd edilən maddənin 2-ci hissəsinə görə, əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilməlidir. Deməli, Siz öz işiniz üçün aldığınız əməkhaqqını tam, boş vəzifə üzrə xəstə olan, yəni əmək qabiliyyətini müvəqqəti itirən işçinin vəzifəsi üçün nəzərdə tutulmuş əməkhaqqının isə yarısını almalısınız.Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinə əsasən, boş vəzifə üzrə Sizə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə oluna bilər. Qeyd olunan müddət bitdikdən sonra:a) işəgötürən qarşılıqlı razılıqla Sizi həmin vəzifəyə keçirir;b) hər iki vəzifə birləşənədək Sizin əmək funksiyanız genişləndirilir və bununla əlaqədar yeni əmək müqaviləsi bağlanılır;ç) ya da həmin boş vəzifəyə yeni işçi götürülür.İşləməklə bərabər universitetdə təhsil alıram. Bilmək istəyirəm, diplom işimi hazırlamaq və müdafiə etmək üçün mənə ödənişli məzuniyyət düşərmi?Selcan VƏLİZADƏ,Şəki şəhəri.- Əmək Məcəlləsinin 112-ci maddə-sinə əsasən, işçilərin məzuniyyət hü-ququ bir neçə məzuniyyət növü ilə təmin edilir. İşləməklə bərabər təhsil alan işçilərə təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti də məzuniyyətin bir növüdür.Adıçəkilən Məcəllənin 123-cü mad-dəsinə əsasən, işləməklə yanaşı təhsil alan işçilərə:a) müvafiq tədris mövsümü sessi-yalarda tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamalar və imtahanlar vermək üçün;b) dövlət imtahanlarını vermək üçün;c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün ödənişli təhsil məzuniyyətləri verilir.Təhsil məzuniyyətlərinin müddəti də Əmək Məcəlləsinin 124-cü maddəsində göstərilmişdir. Sizi maraqlandıran diplom işinin hazırlanması və müdafiəsi olduğu üçün bildiririk ki, 124-cü maddənin 5-ci hissəsinə əsasən, diplom işinin hazırlığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək, orta ixtisas təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək məzuniyyət verilir.Ödənişli təhsil məzuniyyəti müddətində Sizə qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanan orta əməkhaqqı veriləcəkdir.Nəzərinizə çatdırırıq ki, ödənişli təhsil məzuniyyətlərindən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər. Siz diplom işini hazırlamaq və müdafiə etməkdən ötrü ödənişli təhsil məzuniyyətindən istifadə etmək üçün təhsil aldığınız universitetdən tələb olunan arayışı iş yerinə təqdim etməklə orta əməkhaqqı miqdarında ödəniş ala bilərsiniz.