Nüfuzlu turnirdə fərqlənib


Baxıldı : 175

Tarix : 2019-12-20 18:32:46


Çin Xalq Respublikasının Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu “Masters” yarışında Azərbaycan millisinin üzvü Rüstəm Orucov üçüncü yeri tutub. 73 kq. çəki dərəcəsində mübarizə aparan “Atilla” İdman Klubunun yetirməsi Özbəkistan idmançısı Hikmətilloh Turayevə qalib gəldikdən sonra İsrail cüdoçusu Tohar Butbula uduzub. Təsəlliverici qarşılaşmada kanadalı Artur Margelidonu məğlub edən Rüstəm 3-cü yer uğrunda görüşdə Kosovo təmsilçisi Akil Qjakovaya qalib gələrək bürünc medal qazanıb. Qeyd edək ki, mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdo ustası (8 oğlan, 3 qız) təmsil edib.