Nümayəndələr seçildi


Baxıldı : 63

Tarix : 2017-11-24 23:35:12


Noyabrın 17-də Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri (ANYTİ) Həmkarlar İttifaqının II Məclisi keçirilmişdir. Məclisi giriş sözü ilə ittifaqın sədr müavini, təşkilat şöbəsinin müdiri Əhməd Əhmədov açmışdır. O, Məclis üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir. Qeyd etmişdir ki, ittifaqın bir neçə ay əvvəl keçirilmiş V qurultayında sahə işçilərinin əmək və sosial qayğılarına dair müəyyənləşdirilmiş vəzifələrin reallaşdırılması istiqamətində işlər görülməkdədir. Birləşmiş həmkarlar ittifaqı komitələri və ilk təşkilatlarla əlaqələrin daha da möhkəmləndirilməsinə nail olmaqdan ötrü tədbirlər planı tərtib olunub. Bu planda ən çox üzv təşkilatlarla birbaşa əlaqələrin saxlanılmasına, onların maarifləndirmə xarakterli seminarlara, dəyirmi masalara cəlb olunmasına üstünlük verilib. Qurultayın qərarlarının yerinə yetirilməsi işinə ittifaqımızın əməkdaşları böyük məsuliyyətlə töhfələrini verməyə çalışırlar. Biz bu gün onların sırasından AHİK-in V qurultayına nümayəndə, AHİK-in Məclisinə və İcraiyyə Komitəsi üzvlüyünə namizədləri müəyyənləşdirməliyik.

Tədbir iştirakçılarının yekdil qərarı ilə ANYTİ Hİ-nin sədri Etibar Əliyev AHİK-in İcraiyyə Komitəsinin, daha 5 nəfər isə Məclisinin üzvü seçildi.

Məclis ittifaqın 2018-ci il büdcəsi barədə də qərar qəbul etdi.