Nümayəndələrə tövsiyələr verildi


Baxıldı : 56

Tarix : 2017-12-08 19:52:02


Dekabrın 1-də “Xidmət-İş" Həmkarlar İttifaqları Federasiyasının II Məclisi keçirildi. Məclisi giriş sözü ilə açan Federasiyanın birinci vitse-prezidenti Sadət Tahirova tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış etdi.

Dedi ki, bu gün biz sizinlə AHİK-in V qurultayına nümayəndələri, Məclisinə və İcraiyyə Komitəsinə üzvləri müəyyənləşdirməliyik.

Sonra nümayəndələrin və üzvlərin adları təqdim olundu. Yekdilliklə 50 nəfər qurultay nümayəndəsi, 5 nəfər Məclis üzvü (İlyas Əliyev Alxas oğlu, Sadət Tahirova Əli qızı, Cəmaləddin İsmayılov Köçəri oğlu, Əbil Ağasiyev Rzaqulu oğlu, Fikrət Nuriyev Lütvəli oğlu) və bir nəfər - İlyas Əliyev Alxas oğlu İcraiyyə Komitəsinin üzvü seçildilər.

Məclis üzvləri onlara tövsiyələrini verdilər, ümid olduqlarını bildirdilər ki, seçilmiş hər bir nümayəndə və üzv həm qurultayda, həm Məclisdə, həm də İcraiyyə Komitəsində Federasiyanın layiqli təmsilçiləri olacaq.

Sonda "Azərbaycan Dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov cəmiyyətimizdə gedən ictimai proseslərdə fəal iştirakına görə Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılova "Milli Dədə Qorqud" Fondunun "Qızıl Ürək" ordenini təqdim etdi.

 Bəyalı RZAYEV