Nüvə silahları tarixin zibil qutusuna göndərilməlidir


Baxıldı : 70

Tarix : 2019-10-11 17:26:48


Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 74-cü sessiyası sentyabrın 17-dən 30-na qədər davam edib. Bu sessiyada da  “Nüvə Silahlarının Qadağan Olunmasına dair Razılaşma” müzakirə olunub. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Şaran Barrou mövzu ilə bağlı ölkələrin mövqeyini dəstəkləyib. O qeyd edib ki, nüvə silahlarının mövcudluğu bu silaha sahib olan dövlətlər arasında  gərginliyin artmasına gətirib çıxarır: “Dünya Xirosima və Naqasakinin bombalanmasının fəlakətli nəticələrindən dərs  almalı və nüvə silahlarını tarixin zibil qutusuna göndərməlidir.  Bu Razılaşma kimyəvi və bioloji silahlar kimi, nüvə silahına da aiddir. Bütün ölkələr bu müqaviləni imzalamalı və tələblərə əməl etməlidir. Dünyada hər il nüvə silahlarına 100 milyard ABŞ dolları xərclənir . Nüvə silahlarının təkmilləşdirilməsi və sınağı  bugünkü qlobal iqlim böhranına da təsir edən amillərdəndir. 23 il  əvvəl qəbul edilmiş “Silahlarla bağlı hərtərəfli testin qadağan edilməsi” haqqında müqavilə hələ də qüvvəyə minməyib. Bu, insanlıq və ətraf mühit üçün dəhşətli nəticələr doğurur. Bu gün “Nüvə Silahlarının Qadağan Olunmasına dair Razılaşma”nın imzalanması və dəstəklənməsi gələcək nəsillər üçün təmiz bir dünya deməkdir”.

Qeyd edək ki,  74-cü sessiyadan sonra Razılaşmanı  ümumilikdə 79 ölkə imzalayıb, 32 ölkə ratifikasiya edib.