O gecənin acı həqiqətləri xatırlanıb


Baxıldı : 259

Tarix : 2015-02-28 02:32:00


Fevralın 24-də Bakı Dövlət Universitetinin (BDU) kitabxanaçılıq-informasiya fakültəsində Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib.Universitet tələbə həmkarlar ittifaqı komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutan tədbirdə kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov, nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov, kitabxanaşünaslıq kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslan, filologiya elmləri namizədi Ülkər Nəbiyeva, fakültə üzrə tələbə həmkarlar ittifaqı təşkilatının (THT) sədri İsmət Məstanlı və tələbələr iştirak edib.Çıxışlarda Xocalı faciəsinin yad edilməsinin hər bir tələbə üçün mənəvi borc olduğu bildirilib. O gecənin acı həqiqətləri xatırlanıb. Dövlətimizin cinayətkarların cəzalandırılması üçün gördüyü tədbirlərdən xocalılara göstərilən qayğıdan danışılıb. Torpaqlarımızın işğaldan azad edilməsi, bir daha ölkəmizin təcavüzə məruz qalmamasından ötrü müasir gəncliyin üzərinə böyük vəzifələr düşdüyü qeyd olunub. Mərasimdə tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş şeirlər səslənib.B.RZAYEV