Oğuz rayo...


Baxıldı : 363

Tarix : 2015-12-12 06:17:00


Oğuz rayon 7 illik Uşaq Musiqi Məktəbində musiqi nəzəriyyəsi üzrə müəllimə işləyirəm. 2014-2015-ci illərdə mənə 24 saat dərs vaxtı verilmişdir. 2015-ci ilin mart ayında analıq məzuniyyətinə çıxanda dərs saatım 24 saat idi. 2015-ci il sentyabr ayında işə qayıdanda musiqi nəzəriyyəsi üzrə 6 nəfər müəllimə arasında dərs bölgüsü aparılarkən mənə 24 saat dərs yükü deyil, 17 saat dərs yükü verilmişdir. Digər qadın müəllimələrə isə 12 saat. Sizcə, bu məsələdə mənim hüququm direktor tərəfindən pozulubmu? Ümumiyyətlə, musiqi məktəblərində dərs saatı necə bölünür? Kəmalə MƏMMƏDLİ,Oğuz rayonu.- Nazirlər Kabineti 24 noyabr 2010-cu il tarixdə \ Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında\ 215 nömrəli Qərar qəbul etmişdir. Həmin Qərara əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü-12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir.Siz hamiləliyə və doğuşa görə məzuniyyətə çıxarkən, yəni 2014-2015-ci tədris ilində dərs saatı çox olduğu üçün 1 stavkadan (12 saat) artıq dərs yükünüz olmuşdur. Məzuniyyətdən qayıtdıqdan sonra dərs yükünüz azalıbsa da, işəgötürən Sizə Qərarda müəyyən edilmiş həftəlik stavka dərs yükünü (həm də əlavə dərs saatını) vermişdir. Yəni Sizin hüquqlarınız pozulmamış, 1 stavka dərs yükündən əlavə saatlarınız azalmışdır.İxtisasca rus dili müəllimiyəm. II qrup əliləm. Ağdam rayon 30 №-li məktəbdə işləyirəm. 10 saat dərs yüküm vardı. Ağdam təhsil şöbəsindən bunun qeyri-qanuni olduğunu deyib 6 saat Azərbaycan dili və ədəbiyyatı dərslərini aldılar. Cəmi 4 saat rus dili və ədəbiyyatı dərsi deyirəm. Kursda olmuşam və sertifikatım var. Məndən 6 saat dərsin alınması, 4 saat dərsimin qalması qanunidirmi?Rasim SADIQOV,İsmayıllı rayonu.- Sualınızı cavablandırmaq üçün TİAHİ Ağdam rayon komitəsi ilə əlaqə saxladıq. Verilən cavabdan məlum olur ki, Ağdam rayon 30 saylı tam orta məktəbdə psixoloq vəzifəsini, 6 saat Azərbaycan dili və ədəbiyyatı, 4 saat rus dili dərsini aparmısınız.Sorğunuza əlavə etdiyiniz JB №038970 nömrəli diplomdan da məlum olur ki, ixtisasca rus dili və ədəbiyyatı müəllimisiniz. 24 avqust 2002-ci ildə XXI əsr Beynəlxalq Təhsil və İnnovasiyalar Mərkəzi MMC tərəfindən verilmiş İB №055417 saylı sertifikatla \ Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi\ ixtisasartırma təhsili proqramı üzrə əlavə təhsil almağınız müəyyən olunur. İxtisasdəyişmə kursundan keçmədiyiniz üçün Azərbaycan dili və ədəbiyyatı fənni qeyri-ixtisas sayılır. Buna görə də Maliyyə Nazirliyinin yoxlayıcılarının apardıqları yoxlama zamanı 6 saat dil-ədəbiyyat dərsləri Sizdən alınmışdır.Bir aydır təzə işə düzəlmişəm. Müvafiq əmək funksiyasını icra etmək bacarığımı yoxlamaq məqsədilə əmək müqaviləsi sınaq müddəti müəyyən edilməklə bağlanılıb. Bir həftədir ki, xəstəyəm.Bilmək istərdim, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxt sınaq müddətinə daxildirmi?Sevda VƏLİYEVA,Salyan rayonu.- Qanunvericiliyə əsasən, əmək müqaviləsi işçiyə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, sınaq müddəti işçinin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə müəyyən edilir.Sınaq müddətinin aşağı həddi müəyyən edilməsə də, qanunvericilikdə 3 aydan artıq olmaması nəzərdə tutulmuşdur.Sizi maraqlandıran məsələ də həmin maddənin 2-ci hissəsində yer almışdır. Qanuna görə, sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.Maddənin bu tələbinə uyğun olaraq 1 həftəlik xəstəlik müddətiniz, yəni əmək qabiliyyətinizin müvəqqəti itirildiyi dövr sınaq müddətinə daxil deyildir.Deyirlər ki, müraciətlərə baxılmaqla bağlı yeni qanun qəbul edilib. Bilmək istəyirəm, yazılı müraciətlər necə qəbul edilir və onlara hansı qaydada baxılır?Fərid QASIMOV,Gəncə şəhəri.- Bəli, Sizə düz deyiblər, bu il sentyabrın 30-da \ Vətəndaşların müraciətləri haqqında\ yeni qanun qəbul edildi. Sizi narahat edən sualların cavabı bu Qanunun 7-ci maddəsində öz əksini tapıb.Ona görə də həmin maddəni olduğu kimi nəzərinizə çatdırırıq:Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.7.2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.7.3. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır.7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir.7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.7.9. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir.7.11. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.7.12. Vətəndaşın müraciətində göstərilən məsələlər \ Dövlət sirri haqqında\ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.7.14. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.Eşitmişəm ki, Respublika Preziden tinin Fərmanı ilə fəxri adlara layiq görülmüş şəxslər bu addan məhrum edilə bilərlər, bu, doğrudurmu?Məryəm QAFARLI,Bakı şəhəri.- Bəli, Siz düzgün eşitmisiniz, Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamənin 15-ci bəndinə görə, Azərbaycan Respublikasının fəxri adını almış şəxs fəxri addan məhrum edilə bilər. Bu yalnız aşağıdakı hallarda həyata keçirilə bilər:a) fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda - həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;b) fəxri ad almış şəxs onu ləkələyən xəta törətdikdə - fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən.Azərbaycan Respublikasının fəxri adını almış şəxs yanız Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə fəxri addan məhrum edilə bilər .