Ömrü uzadır


Baxıldı : 47

Tarix : 2017-11-24 23:09:28


Amerikalı səhiyyə mütəxəssisləri qab yumaq kimi ev işlərinin insan ömrünü uzatdığını bildirib. "Journal of the American Geriatrics Societ" dərgisi bu barədə məqalə yayımlayıb.

Məqalədə amerikalı elm adamlarının 65-99 yaşlı 6000 qadın arasında gerçəkləşdirdiyi araşdırma yer alıb. Onlar bir həftə boyunca qadınların fiziki aktivliyini, 3 il boyunca isə sağlamlığını izləyib. Əldə edilən nəticələrdə gündə ən az 30 dəqiqəsini fiziki aktivliyə ayıranlar arasındakı ölüm riski 12% olub. Gün ərizndə 1 saat fiziki aktivliyə vaxt ayırmaq isə ölüm riskini 39% azaldır. Elm adamları təmizliklə məşğul olmaq, qab yumaq və təmiz havada gəzmək kimi işləri fiziki aktivlik kimi dəyərləndirib və onların ömrü uzatdığına böyük təsiri olduğunu bildirib.

Azər MUSTAFAYEV