Ön cəbhədəki uğurlar arxa cəbhədə də ruh yüksəkliyi yaradıb


Baxıldı : 47

Tarix : 2020-10-17 15:04:59


Torpaqlarımızın işğaldan azad  olunmasında ordumuzun uğurlu hərbi əməliyyatları səhiyyə işçiləri həmkarlar ittifaqı üzvlərində də böyük ruh yüksəkliyi yaratmışdır.
Ordumuza dəstək olaraq Silahlı Qüvvələrə Yardım Fonduna Respublika Komitəsi 100 min manat,  üzv təşkilatlarımız, o cümlədən Şəki, Quba, Şəmkir, Xaçmaz, Şamaxı, Balakən, Beyləqan, Qaradağ, Yasamal, Suraxanı rayon şuraları isə ümumilikdə 85 min manat köçürmüşdür. Gələcəkdə də Fonda köçürmələr etməyi nəzərdə tutmuşuq.
Bununla yanaşı, Respublika Komitəsi cəbhəyanı bölgələrə - Goranboy, Yevlax, Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd, Tərtər, Bərdə, Ağdam, Şəmkir  rayon və Mingəçevir şəhər xəstəxanalarına tibbi ləvazimat alıb göndərmişdir. 
Üzv təşkilatlarımız cəbhəyanı bölgələrə göndərilən səhiyyə işçilərinə də maddi yardım göstərmişdir.
Respublika Komitəsi müharibədə həlak olan  və yaralanan səhiyyə işçilərinin   ailə üzvlərinə maddi köməklik göstərməyi planlaşdırmışdır.
Üzv təşkilatlardan yaralı hərbçilərin müalicəsi, onların ailələrinin məişət qayğıları və sair məsələlər sahəsində sahə Hİ-nin fəaliyyətinin daha da gücləndirilməsi üçün təkliflər hazırlayıb Respublika Komitəsinə təqdim etmələri xahiş olunmuşdur.
      
Emin ƏFƏNDİYEV,
Səhiyyə İşçiləri Həmkarlar
 İttifaqı Respublika 
Komitəsinin sədri