Öz-özünə bərpa olunacaq


Baxıldı : 115

Tarix : 2017-04-08 03:57:37


Kaliforniya Universitetindən bir qrup kimyaçı elektrik keçirə bilən özü bərpaolunan material yaradıb.

Bu material smartfonlar üçün ekran qismində istifadə oluna bilər.

Mütəxəssislər qeyd edir ki, bu material sınaqlar zamanı cızıq və kəsiklərə qarşı davamlılıq nümayiş etdirib. Material yarıya bölündükdə belə, 24 saatdan az müddətdə bitişir.

Belə ki, bu materialın tərkibində olan ion və molekullar bir-birinə doğru hərəkət edərək üz qabığının birləşməsinə səbəb olur.

Azər Mustafayev