Şokolad geyimlərin nümayişi


Baxıldı : 537

Tarix : 2015-10-30 04:18:00


İlk baxışdan hər şey normal görsənir. Modellər bir- birindən fərqli dizaynda olan geyimlərlə podiumda hünərlərini göstərirlər. Lakin bu dəfiləni digərlərindən fərqləndirən bir cəhət var. O da geyimlərin şokoladdan hazırlanmasıdır. Bu qeyri-adi dizaynlar Parisdə keçirilən beynəlxalq şokolad sərgisində nümayiş etdirilib. Bu il 21-ci dəfə təşkil olunan sərgiyə böyük maraq göstərilib. Burada şokolad parça kimi istifadə olundu və hazırlanan geyimlər diqqəti cəlb etdi. Bir həftə davam edəcək sərgidə şokoladla bərabər yarpaqlardan da hazırlanmış geyimlər nümayiş olunur. CAVİD