(oktyabrı...


Baxıldı : 289

Tarix : 2015-10-09 01:52:00


(oktyabrın 04-də)…və xanımı Mehriban Əliyeva \ Azərsun Holdinq\ Şirkətlər Qrupunun \ Xəyal Adası\ layihəsi çərçivəsində SABİS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər.(oktyabrın 05-də)…Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.…Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.(oktyabrın 06-da)…Ucar rayonuna səfərə gəlib, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.…rayona səfəri çərçivəsində \ Fermer\ yol-istirahət mərkəzində yaradılan şəraitlə, \ Ucar Aqro\ MMC-nin quş kəsimi və broyler fabriklərinin fəaliyyəti ilə tanış olub.…Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının, Ucar Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının, Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışı mərasimlərində iştirak edib.…Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.…Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.…yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun və Gənclər Mərkəzinin açılışlarında iştirak edib.…Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.…Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının, rayon mərkəzinə təmiz içməli suyun verilməsi münasibətilə təşkil olunmuş tədbirdə iştirak edib.…Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının, Şahmat Məktəbinin açılışlarında iştirak edib.…Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.…\ Göyçay\ Su Elektrik Stansiyasının açılışında iştirak edib.(oktyabrın 08-də)…Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 18-ci iclasının iştirakçılarını qəbul edib.…Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kler Şortu qəbul edib.