Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


Baxıldı : 323

Tarix : 2016-11-23 16:09:19


(oktyabrın 19-da)…Gürcüstanın Baş nazirinin müavini, Xarici İşlər naziri Giorgi Kvirikaşvilini qəbul edib.…Kosta-Rika Respublikasının Xarici İşlər və Etiqad naziri Manuel Qonzales Sanzı qəbul edib.…Azərbaycan energetiklərinin bu sahədə səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsin \"Tərəqqi\" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.(oktyabrın 20-də)…İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.…Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Albubaisinin etimadnaməsini qəbul edib.…İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderin etimadnaməsini qəbul edib.…Mədət Qəzənfər oğlu Quliyevin Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.…Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkovun \"Dostluq\" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.(oktyabrın 21-də)…Sabunçu Məhkəmə Kompleksinin yeni binasının açılışında iştirak edib.…Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışında iştirak edib.(oktyabrın 22-də)…Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib.…Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidenti Olumuiva Benard Aliunu və Dövlətlərarası Aviasiya Komitəsinin sədri xanım Tatyana Anodinanı qəbul edib.(oktyabrın 23-də)...Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Siril Müllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. ...Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Yaqub Abdulla oğlu Eyyubovun \"Şərəf\" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.