(oktyabrı...


Baxıldı : 278

Tarix : 2015-10-30 05:57:00


(oktyabrın 25-də)…Sumqayıt Kimya Sənaye Parkının ərazisində \ Azertexnolayn\ Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışında iştirak edib.…Sumqayıtda \ SOCAR Polymer\ layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib.…Sumqayıtda \ Azərikimya\ İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirak edib.(oktyabrın 26-da)…Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. (oktyabrın 27-də)…Monteneqronun Baş nazirii Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.(oktyabrın 28-də)…Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı mərasimində iştirak edib.…ATƏT-in Minsk Qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.(oktyabrın 29-da)…Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzanne Mohamed Gamilin etimadnaməsini qəbul edib.…Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sanjay Rananın etimadnaməsini qəbul edib.…Kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə \ Əməkdar kənd təsərrüfatı işçisi\ , \ Əməkdar müəllim\ Fəxri adlarının verilməsi, \ Dövlət qulluğunda fərqlənməyə görə\ və \ Tərəqqi\ medalları ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.