(oktyabrı...


Baxıldı : 155

Tarix : 2016-10-21 05:08:00


(oktyabrın 17-də)...Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda iştirak edib.(oktyabrın 18-də)...İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib....Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və Bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Həsəni qəbul edib....Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub. Türkiyə Prezidenti Azərbaycan Prezidentini Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.(oktyabrın 19-da)...Qazax rayonuna səfərə gəlib....Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və əsaslı bərpasından sonra yolun açılışında iştirak edib....Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı\ MMC-nin fəaliyyəti ilə tanış olub....110/35/6 kilovoltluq Daş Salahlı\ yarımstansiyasının, rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışlarında iştirak edib....Rossiya seqodnya\ Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova Sputnik Azerbaydjan\ üçün müsahibə verib....Ağstafa rayonuna səfərə gəlib....əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub....Saloğlu\ mebel istehsalı müəssisəsinin nəzdində yaradılmış Modern\ mebel fabrikinin, şəhər Musiqi Mərkəzinin açılışlarında iştirak edib. ...Ağstafa Aqroservis\ MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının taxıl dəyirmanının təməlqoyma mərasimində iştirak edib....Karvan-L EKO\ sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib....Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.(oktyabrın 20-də)...Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın etimadnaməsini qəbul edib.