Olimpiadanın qalibləri


Baxıldı : 66

Tarix : 2019-11-15 18:30:19


On altı yaşadək şahmatçılardan ibarət “Azərbaycan” komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

Xallarının sayını 16-ya çatdıran “Azərbaycan” komandası Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Komandanın üzvləri  Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayevadan ibarət olub. Komandanın yeganə xanım üzvü, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin “Şahmat və Dama” İdman Klubunun yetirməsi olan Gövhər  Beydullayeva  da (ilk məşqçisi Respublikanın Əməkdar məşqçisi Xanlar Allahverdiyev) yarışda uğurlu çıxışı ilə yadda qalıb.

Qeyd edək ki, turnirdə mübarizə aparan digər komandamız “Azərbaycan-Naxçıvan” isə 8 xalla 29-cu yerdə qərarlaşıb.