Ölkəmizdə qadınlara diqqət və qayğı yüksəkdir


Baxıldı : 194

Tarix : 2018-03-09 23:42:25


Martın 7-də Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı FHN-in Bakı Regional Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirmişdir.

İttifaqın sədri Mehman İsmayılov nazirliyin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan danışmışdır. O, vurğulamışdır ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, ülvi, ali hisslərini qoruyub saxlamışlar.

M.İsmayılov qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş gender bərabərliyi siyasətini bu gün möhtərəm Prezident cənab İlham Əliyev uğurla davam və inkişaf etdirir. Qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyəti təmin olunub, onların cəmiyyətdə rolu artıb, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib tədbirlər görülüb.

Sonda Fövqəladə Hallar Nazirliyinin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin qadın həmsədrlərinə və yubiley yaşı tamam olan qadın əməkdaşlarına qiymətli hədiyyələr və Fəxri fərmanlar təqdim edildi.

AZƏR