Onlara dəstək borcumuzdur


Baxıldı : 124

Tarix : 2017-12-08 19:33:18


Dekabrın 3-də "Damla" İctimai Birliyi və "Həyat" Fondunun birgə təşəbbüsü və "HQS Group" un təşkilatçılığı ilə "Winter Bazar" xeyriyyə yarmarkası keçirilib. Yarmarkada 50-dən çox yerli və xarici brend məhsulların (geyim, suvenir və aksessuarlar, əl işi və maraqlı dizayn nümunələri), eləcə də fiziki məhdudiyyətli şəxslərin əl işlərinin nümayişi və satışı təşkil edilib.

 Tədbirdə dövlət və ictimai qurum nümayəndələri, sponsorlar, xeyriyyəçilik işində fəal olan qonaqlar iştirak ediblər. Musiqili çıxışlar, hədiyyələr, fəalların təqdimatı ilə keçən tədbirdə Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov çıxış edib. O, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasının vacibliyindən danışaraq deyib ki, onların  ehtiyaclarına dəstək olmaq hər bir vətəndaşın borcudur.

Bəyalı RZAYEV