Onlarda xoş duyğular yaradıb


Baxıldı : 40

Tarix : 2019-09-06 19:00:39


“Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkilinə xüsusi diqqət yetirilir.  Hər il olduğu kimi, bu il də cəmiyyətin işçilərinin və onların ailə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində tədbirlər keçirilib. ASC-nin və “Azərsu” Təsərrüfatı İşçiləri  Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən, 2019-cu ilin yay mövsümündə işçilər və onların ailə üzvləri “Qoşa Çinar” (Xaçmaz), “Xutorok” və “Qayı Bulaq” (Qusar), “Qızıl Qaya” (İsmayıllı) istirahət mərkəzlərinə, o cümlədən də Naftalandakı  müalicə mərkəzlərinə göndəriliblər.

Respublika Komitəsi tərəfindən işçilərin istirahət mərkəzlərinə 2, 5 və 7 günlük turla göndərilməsi həyata keçirilib.  Ümumilikdə 2464 nəfər bu imkandan yararlanıb.

İstirahət mərkəzlərində işçilərin və onların ailə üzvlərinin mənalı istirahəti üçün normal şərait yaradılıb. Vətənimizin gözəlliyi, səfalı təbiətimizin rəngarəngliyi insanların zövqünü oxşayıb, onlarda xoş duyğular yaradıb.