Onların yaddaşında unudulmaz təəssüratlar buraxır


Baxıldı : 35

Tarix : 2019-08-02 15:29:57


Bakı Şəhəri Yol Təsərrüfatı İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Şurası və xidmətində olan ilk təşkilatlar üzvlərinin asudə vaxtlarının və yay istirahətlərinin təşkilinə xüsusi önəm verir.  Hər il olduğu kimi, bu il də yay aylarında üzvlərin istirahərinin təşkili istiqamətində Birləşmiş Həmkarlar İttifaqı Şurası tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Həmkarlar ittifaqı təşkilatlarının xətti ilə əsasən hər həftənin  sonu Xaçmaz rayonunun Müqtədir qəsəbəsindəki “Jalə” İstirahət Mərkəzinə ikigünlük (cümə-bazar günləri) turlar təşkil olunur. Bundan başqa, həftəarası turlar da həyata keçirilir.

“Jalə” İstirahət Mərkəzi Xəzər dənizinin sahilində yerləşir.  İstirahət etmək və dincəlmək üçün hər cür şəraitə malikdir. Mərkəz yeni təmir olunub və yenilənmə işləri hər il aparılır. İstirahət zonası ağaclar  ilə əhatə olunub. Əsas özəlliyindən biri də müalicəvi suya malik olmasıdır.

“İşçilər “Jalə” İstirahət Mərkəzində iki gün əylənir, dincəlir, demək olar ki, yayın ləzzətini çıxarırlar. Bir sözlə, dəniz suyu, təmiz hava və ecazkar təbiət onların səhhətini möhkəmləndirməklə yanaşı, xatirələrində unudulmaz təəssüratlar buraxır”. Bunu istirahət mərkəzində dincələn insanlar deyiblər və səfər üçün Birləşmiş Həmkarlar İttifaqı Şurasına minnətdarlıqlarını bildiriblər.

Bundan başqa, Bakı Şəhəri Yol Təsərrüfatı İşçiləri Birləşmiş Həmkarlar İttifaqı Şurasının üzvləri yollayışlarla, ailəvi olaraq, yay mövsümündə dincəlmək üçün Nabranda “Atlant”a, “Palma”ya və digər istirahət mərkəzlərinə, Qax rayonunda “Şəfa” müalicə pansionatına göndərilirlər.

A.MUSTAFAYEV