Onlayn ticarət niyə əlverişlidir?


Baxıldı : 385

Tarix : 2015-10-23 02:33:00


Qloballaşan dünyada elektron ticarətin əhəmiyyəti daha da artmaqdadır. Xüsusilə Qərb ölkələri, Amerika və Yaponiyada geniş tətbiq olunan e-ticarət getdikcə Azərbaycanda da geniş vüsət almağa başlayıb. Hazırda dünyada onlayn alış-verişin illik dövriyyəsi 1 trilyon ABŞ dolları civarındadır. Araşdırmalara görə, internet istifadəçiləri arasında ən məşhur məhsul kateqoriyaları paltar, kitab, elektronika və kosmetikadır.Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qəzetimizin müxbirinə verdiyi müsahibəsində bildirib ki, respublikamızda ölkə üzrə əhalinin 75%-ə qədəri internet istifadəçisidir. Azəbaycanda, bütün dünyada olduğu kimi, internet istifadəçilərinin 30-35%-i gənclərdir. İnternet istifadəçilərinin böyük əksəriyyəti Bakı şəhərində və rayon mərkəzlərində cəmləşibdir. Kəndlərdə isə kifayət qədər aşağıdır. Baxmayaraq ki, statistikaya görə əhalinin 40%-dan çoxu kəndlərdə yaşayir. Bunun səbəbi internet şəbəkə xidmətinin kəndlərdə yetərincə inkişaf etməməsidir. Azərbaycanda \ Elektron ticarət haqqında\ qanun 2005-ci ildə qəbul olunsa da, bu sahənin inkişafı 2008-ci ildən özünü göstərməyə başlayıb. Bunun ən əsas səbəbi internetdə ödəmə sisteminin olmaması idi. 2008-ci il dekabrın 2-də isə \ SilverKey\ Azərbaycan şirkəti ölkəmizdə ilk dəfə olaraq \ Visa\ və \ MasterCard\ sistemlərinin xüsusi lisenziyasını almış \ GoldenPay\ adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət qurumlarına təqdim edib. Və yalnız bundan sonra Azərbaycanda elektron ticarət formalaşmağa başlayıb. Lakın hələ də əhali arasında, e-ticarətə qarşı da inamsızlıq var.Ekspertin sözlərinə görə, Azərbaycanda da bu sahənin inkişafı üçün şərait yaradılmalıdır. Bəzi ölkələrdə onlayn ticarəti inkişaf etdirmək üçün vergidən azad olma halları var. Bəlkə bizdə də olsa onlayn ticarətin həcmi artar, sahibkarlar da bu növ ticarətə çox maraq göstərər. Gömrük rəsmiləşdirilməsi qanunlar çərçivəsində həyata keçirilir. Yəni qanuna əsasən, fərdi istifadə üçün xaricdən əldə edilmiş məhsul 1000 AZN-ə qədər vergidən azaddır. Onlayn mağazalar dövriyyəsindən asılı olaraq sadələşdirilmiş və ya ƏDV ödəyici ola bilərlər.Ölkə daxilində onlayn alış-veriş sistemi son iki ildə sürətlənib. Onlayn mağazalarda çatdırılmadan danışarkən vacib amillərdən biri əhalidə kartların olmasıdırsa, digəri də çatdırılma xidmətlərinin inkişaf etməsidir. Dünyada \ Ebay\ , \ Amazon\ , \ Expedia\ , \ Fandango\ kimi iri onlayn ticarət saytları fəaliyyət göstərdiyi kimi, Azərbaycan da bu sahəyə maraq göstərməyə başlayıb. Milli onlayn mağazalara shopera.az, kaymu.az, tezbazar.az, bazarlıq.com, bazarolsun.com, bizimmarket.com, bookstore.com, ekskluziv.az və sair saytları misal göstərə bilərik.Onlayn ticarət daha çox - işgüzar xanımlar üçün əlverişlidir, hansı ki, alış-verişə çox zamanları olmur. Və kompüter başından seçmək, onlar üçün saatlarla gəzməkdən daha rahatdır. İstehlakçı, evindən, iş yerindən və ya hər hansı bir yerdən internetə qoşularaq zaman və məkan fərqi olmadan, hər zaman hər yerdən alqı-satqı həyata keçirə bilər. İnternet sayəsində firmalar müştərilərinə dünyanın hər yerində 7 gün 24 saat xidmət edə bilir. İnternetdə virtual mağaza açmağın maya dəyəri real bir mağaza açmağın maya dəyərindən olduqca aşağıdır. Daha sürətli məhsul istehsalı, test edilməsi və müştəri tələblərinin müəyyən edilməsi mümkün olduğundan müştərilərin tələbləri daha tez təmin olunur. Səmərəli məhsul tanıtma, məhdudiyyətsiz əlaqə imkanları sayəsində, qlobal istehlakçı şəbəkəsilə firmalar yüksək satış həyata keçirə bilirlər.Günel RAFAYILQIZI