Ordumuzun qəhrəmanlıq yolundan söz açıldı


Baxıldı : 72

Tarix : 2018-06-30 04:39:01


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Tovuz Rayon Komitəsi Silahlı Qüvvələrin 100 illiyi münasibətilə Qarabağ uğrunda döyüşmüş təhsil işçiləri ilə görüş təşkil etmişdir. Rayondakı Qəhrəmanlar Parkında baş tutan görüşdə çıxış edən rayon komitəsinin sədri Flora Pənahova ordumuzun qəhrəmanlıq yolundan söz açmışdır. Demişdir ki, müsəlman Şərqində yaradılmış ilk demokratik respublikanın ordusu tarixi missiyasını şərəflə yerinə yetirmişdir. O dövrün zabit və əsgərləri adlarını xalqımızın yaddaşına əbədi yazmışlar. Onların fədakarlığı, Vətənə məhəbbəti müqəddəs miras kimi bugünkü əsgər və zabitlərimiz tərəfindən də şərəflə yaşadılır.

Tədbirdən sonra Böyük Vətən müharibəsi iştirakçısı olmuş Sovet İttifaqı qəhrəmanlarının abidəsi önünə tər çiçəklər qoyuldu, xatirələri ehtiramla yad olundu. Tədbir bayram süfrəsi arxasında davam etdirildi.