Ordumuzun sıralarına  qoşulmaqdan qürur duyuruq


Baxıldı : 27

Tarix : 2020-10-17 14:02:28




Hər bir Vətən övladı düşməni ağır məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur edən ordumuzun sıralarına qoşulmaqdan şərəf və qürur duyur. Ordu sıralarına yola düşmüş hərbi vəzifəli əməkdaşların ailələrinə qayğı diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin        (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş AQTA əməkdaşları da ruh yüksəkliyi ilə ordu sıralarına qoşulublar.
AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən ön cəbhədə xidmət edən agentlik əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib, onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən bundan sonra da bütün lazımi tədbirlərin davam etdiriləcəyi diqqətə çatdırılıb.
İşğal altındakı torpaqlarımızın erməni təcavüzkarlarından azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuza şanlı qələbə arzu edirik.
Tanrı Azərbaycan əsgərini qorusun, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin! Qələbə sənindir, Azərbaycan əsgəri!