Pəhləvanların mübarizəsi


Baxıldı : 241

Tarix : 2016-02-27 04:12:00


Fevralın 18-19-da Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə Nazirliyin qurumları arasında daşqaldırma üzrə çempionat keçirilib.Dövlət Yanğından Mühafizə Xidmətinin 18 saylı Yanğından Mühafizə Hissəsinin idman zalında təşkil olunan çempionatda nazirliyin 17 qurumunun 75-ə yaxın nümayəndəsi 60, 65, 70, 80, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparıb.Yarış iştirakçıları 24 kiloqramlıq daşlarla əvvəlcə birdən qaldırma, daha sonra təkan çalışmaları yerinə yetiriblər. Çempionatı beynəlxalq dərəcəli hakim Azad Mustafayev və respublika dərəcəli hakim Həmzə Əfəndiyev idarə ediblər.Yarışın nəticəsinə görə, komanda hesabında birinci yeri Mülki Müdafiə Qoşunları tutub. Dövlət Yanğından Mühafizə Xidməti ikinci, Xüsusi Riskli Xilasetmə Xidməti isə üçüncü yerə layiq görülüb.Şəxsi birincilikdə də qaliblər müəyyənləşib. FHN İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Mehman İsmayılov və İdman-Sağlamlıq Klubunun rəisi Füzuli Musayev qalibləri təbrik edərək onlara kubok, diplom, medal və qiymətli hədiyyələr təqdim ediblər.Azər MUSTAFAYEV