Pandemiyanın geniş yayılmaması üçün


Baxıldı : 247

Tarix : 2020-07-19 23:15:09


 

Son zamanlaradək elm üçün naməlum qalan COVID-19 virusu ilə effektiv mübarizə aparan ölkələr sırasında Azərbaycan da yer alıb. Hələ virusun yayılmağa başladığı ilk günlərdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva əhaliyə çağırışlar etdilər. Ölkəyə daxil olan hər kəsə karantin müddəti tətbiq olundu və onlar xüsusi hazırlanmış xəstəxanalara yerləşdirildilər. Aztəminatlı ailələrə və sahibkarlara dövlət yardımı göstərildi.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsi də fəaliyyətini ölkə rəhbərinin strategiyasına, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyələrinə əsaslanaraq COVID -19 pandemiyasına yoluxmanın qarşısının alınması, əhalinin, ittifaq üzvlərinin sağlamlığının qorunması istiqamətində qurdu. Belə ki, təşəbbüsümüz və təşkilatçılığımız ilə ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən üzvlər sanitariya qaydaları barədə mütəmadi olaraq onlayn qaydada maarifləndirilir. Şagirdlər və valideynlərə tövsiyələr verilir.
Azərbaycanda elan olunmuş xüsusi karantin dövründən indiyədək Rayon Komitəsi 212 nəfər aztəminatlı ittifaq üzvünün şəxsi hesabına maddi yardım köçürmüş, 68 nəfərə isə ərzaq bağlamaları paylanmışdır. Koronavirusa yoluxmuş bir nəfər nəzarətə götürülmüşdür. Evinin dezinfeksiya olunması təşkil edilmiş, maddi və mənəvi dəstəyimizi almışdır. Ünvanına vitaminlərlə zəngin ərzaq çatdırılmışdır.
“Evdə qal, cəmiyyəti və özünü qoru” prinsipi rayonumuzda bu gün də aktualdır. Əhalimiz yaxşı bilir ki, xəstəlikdən qorunmağın çıxış yolu ünsiyyətdə olmamaqdır. 

Gülqədəm MİRZƏZADƏ