Paytaxt birinciliyindən uğurlar


Baxıldı : 254

Tarix : 2018-02-24 01:18:32


Hövsan Olimpiya İdman Kompleksində gənclər  arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib.1998-2000-ci il təvəllüdlü gənclər arasında təşkil olunan yarışa 14 idmançı ilə qatılan “Pəhləvan” İdman Klubu ümumilikdə 6 medal ( bir qızıl, iki gümüş və üç bürünc medal) əldə edib.

Sərbəst güləş üzrə yarışlarda Asxab Həmidov (92 kq.) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə sahib olub. Surxay Həmidov (125 kq.) və Murad Muradov (79 kq.) finalda məğlub olaraq ikinciliyi özlərinə təmin ediblər. Elmar Cəlilov (79 kq.) isə bürünc medalla kifayətlənməli olub.

Yunan-Roma güləşi üzrə yarışda isə Cavad Əkbərli (55 kq.) və Müseyib Rəhimov (60 kq.) üçüncü yeri tutublar.  

Azər MUSTAFAYEV